Modern.az

İran prezidenti Amerikaya gedib

İran prezidenti Amerikaya gedib

23 Sentyabr 2024, 09:16

İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu Sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olan prezident Məsud Pezeşkianı  xarici işlər naziri Abbas Arakçi, xarici işlər nazirinin müavini Məcid Taht Revançi, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani, onun müavini Zəhra İrşədi və digər iranlı diplomatlar qarşılayıblar.

Prezident Pezeşkian Nyu-Yorka səfərinin məqsədlərini mətbuat mənsublarına açıqlayaraq, “biz İran İslam Respublikası adından sülh və təhlükəsizlik mesajını daşıyırıq" deyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır