Modern.az

Bakının bu küçəsi təmir olunur - VİDEO

Bakının bu küçəsi təmir olunur - VİDEO

24 Sentyabr 2024, 15:58

Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 1 046 metr, ortalama eni 17,5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır