Modern.az

Avtobus dayanacaqlarında mobil platformalar quraşdırılacaq

Avtobus dayanacaqlarında mobil platformalar quraşdırılacaq

Aktual

21 Oktyabr 2024, 15:34

Bakıda təşkil edilən velosiped zolaqları “pop-up” tiplidir. Bu isə maksimum az investisiya və az infrastruktur işləri deməkdir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.

“Bu, pandemiyadan sonra Avropada geniş tətbiq edilən təcrübədir. Bu təcrübədə dayanacaqlar üçün də müəyyən həllər nəzərdə tutulur. Bu da mobil platformaların tikilməsidir. Bizdə bununla bağlı satınalma işləri gedir. Düşünürük ki, gələn il həmin dayanacaqlarda belə platformaları təşkil edək ki, insanlar avtobuslara daha rahat minə bilsinlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə