Modern.az

Göyçayı çirkləndirənlər cəzalandırıldı - VİDEO

Göyçayı çirkləndirənlər cəzalandırıldı - VİDEO

25 Oktyabr 2024, 17:55

Göyçayda polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması və ətraf mühitin mühafizəsinin təmini məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. 

Modern.az xəbər verir ki, görülən tədbirlərlə rayonun Qaraməryəm kəndində məişət tullantılarının qalaqlanması aşkarlanıb. Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub. 

Həmçinin,rayon ərazisində yerləşən kafe,restoran və digər iaşə obyektlərində polisin keçirdiyi tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün tullantılarını ətrafa atan şəxslər müəyyən olunublar. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və inzibati protokollar tərtib edilib.

Göyçayda ətraf mühiti çirkləndirənlər cəzalandırıldı - VİDEO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə