Modern.az

“Bizi Bəxtiyar Vahabzadə xilas etdi” - VİDEO

“Bizi Bəxtiyar Vahabzadə xilas etdi” - VİDEO

Aktual

28 Oktyabr 2024, 13:27

“Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biridir. Mən Bəxtiyar Vahabzadənin uşaq yaşlarımdan tanıyırdım. Mən kiçik yaşımda bu dahi şəxsiyyətin portretini çəkmək nəsib oldu.”

Modern.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyanın efirində Xalq Şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş verilişdə Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, sonrakı dönəmlərdə xalq şairi ilə görüşmək ona nəsib olub.

“Mənim Bəxtiyar müəllimlə tanışlığın Milli Azadlıq Mübarizəsinin ilk dövrlərində başladı. Biz gənclər olaraq bu mübarizədə aktiv iştirak edirdik. Bizi o zaman dövlət xüsusi xidmət orqanları nəzarətə alıb, sorğu sual edirdi. Bizi Bəxtiyar Vahabzadə xilas etdi.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə