Modern.az

Rusiya qoşunları Ukraynada daha 3 yaşayış məntəqəsini tutdu

Rusiya qoşunları Ukraynada daha 3 yaşayış məntəqəsini tutdu

Aktual

29 Oktyabr 2024, 13:38

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində daha üç kəndi işğal edib.

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Katerinivka, Qornyak və Dobrovolye əraziləri ələ keçirilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün mühüm dəmir yolu xətti Qornyakdan keçir. Qornyak Ukraynada münaqişədən əvvəl Donbasdakı ən yüksək nöqtələrdən biri hesab olunurdu, orada 11 mindən çox insan yaşayırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə