Modern.az

Türkiyənin sərnişin təyyarəsi Bakıya məcburi endi

Türkiyənin sərnişin təyyarəsi Bakıya məcburi endi

Aktual

30 Oktyabr 2024, 08:54

Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.

Modern.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə