Modern.az

"Tofaş"la avtoxuliqanlıq edən sürücü həbs olundu

"Tofaş"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Aktual

30 Oktyabr 2024, 11:08

Cəlilabad rayon sakini M.Amanov idarə etdiyi “Tofaş" markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisləri tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü M.Amanov 15 sutka inzibati qaydada həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə