Modern.az

Minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlanır - VİDEO

Minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlanır - VİDEO

Aktual

30 Oktyabr 2024, 11:36

Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını mina ilə çirkləndirməsi  həmin ərazilərin Yer kürəsinin minalarla ən çox çirklənmiş ərazilərindən biri edib. Bu ərazilərdə hələ də partlamamış hərbi sursatlar qalmaqdadır.

Minaların basdırıldığı dəqiq mina xəritələrini verməkdən boyun qaçırmaqla Ermənistan insan hüquqlarının pozulması ilə yanaşı, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdış prosesinə də mane olur. 

İşğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 2020-ci ildən indiyədək həlak olanların və yaralananların sayı 400-ə yaxındır, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər də var.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mina və digər partlayıcı sursatlardan qorunmaqla daim məlumatlandırma, maarifləndirmə tədbirləri həyata keçirir, sosial şəbəkə hesablarında paylaşımlar edir, həmçinin   minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarxlar hazırlayır. 

 

Bu mövzuda növbəti videoçarxı təqdim edirik.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə