Modern.az

Paşinyan Avropa Şurasının baş katibi ilə sülh danışıqlarını müzakirə etdi

Paşinyan Avropa Şurasının baş katibi ilə sülh danışıqlarını müzakirə etdi

Aktual

12 Dekabr 2024, 17:57

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Şurasının baş katibi Alen Berset arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-Avropa Şurası əməkdaşlığı, eləcə də regional sabitlik məsələlərini müzakirə ediblər.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında müzakirələrə toxunulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -