Modern.az

Nazirliyin vəfat edən əməkdaşının dəfn yeri MƏLUM OLDU - YENİLƏNİB

Nazirliyin vəfat edən əməkdaşının dəfn yeri MƏLUM OLDU - YENİLƏNİB

Aktual

24 Dekabr 2024, 10:55

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənovun cənazəsi Naftalan şəhərinə gətirilib.

Modern.az-ın məlumatına görə, o, Naftalanda vəfat edən yaxınlarının yanında dəfn olunacaq.

***

08:12

 

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı vəfat edib.

Modern.az-ın məlumatına görə, İdarədən əməkdaşın vəfatı ilə bağlı açıqlama verilib.

Bildirilir ki, İdarənin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, 20.01.1977-ci il təvəllüdlü Həsənov Nəcəf Əyyub oğlu 23.12.2024-cü il tarixdə axşam saat 19:00 radələrində Xankəndi şəhərində yaşayış evində vəfat edib.

İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır