Modern.az

“Qarabağ” yeni transferə hazırlaşır

“Qarabağ” yeni transferə hazırlaşır

İdman

20 Yanvar 2026, 15:14

“Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi düşünür.

Modern.az xəbər verir ki, bu barədə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

"Heyətimizə yeni oyunçu transfer etmək ehtimalı var. Amma bu barədə dəqiq məlumat yoxdur", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!