Modern.az

Bakıda dumanlı hava müşahidə olunur

Bakıda dumanlı hava müşahidə olunur

12 Yanvar 2025, 14:32

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.

 

Dumanlı hava Bakıda və Abşeron yarımadasında eyni zamanda Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala, Şabranda görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat