Modern.az

Ermənistanın sərhədyanı bölgəsinə getməyin! - Britaniyadan ÇAĞIRIŞ

Ermənistanın sərhədyanı bölgəsinə getməyin! - Britaniyadan ÇAĞIRIŞ

Aktual

22 Yanvar 2025, 14:17

Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb.

Modern.az xəbər verir ki, çağırışda Ermənistan-Azərbaycan sərhədinin bağlı qaldığı qeyd edilir. Ermənistan və Azərbaycan arasında bütün şərq sərhədindən 5 km məsafədə hər hansı bir səyahətdən çəkinmək tövsiyə olunur. Buna səbəb kimi iki ölkə arasındakı münaqişə göstərlib. Qeyd edilib ki, bu ərazilərdə konsul dəstəyi son dərəcə məhduddur.

Böyük Britaniya hakimiyyəti Ermənistanın Tavuş bölgəsindəki yolun İcevan-Noyemberyan hissəsini də ziyarət üçün təhlükəli hesab edir.

Həmçinin qeyd edilir ki, İrəvanla İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat