Modern.az

Paşinyan sabah Davos Forumuna gedəcək

Paşinyan sabah Davos Forumuna gedəcək

Aktual

22 Yanvar 2025, 17:36

Ermənistanın Baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumunda iştirak etmək üçün sabah İsveçrənin Davos şəhərinə gedəcək.

Modern.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan “Azadlıq” radiosuna bildirib.

Mətbuat katibinin sözlərinə görə, Paşinyan Davosda panel müzakirələrində iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev dəDavosdadır.

İrəvan Ermənistanın Baş nazirinin görüşləri, o cümlədən mümkün Paşinyan-Əliyev danışıqları barədə məlumat verməyib. Onların ötən ilin sonlarındakı Kazanda baştutan son görüşü və danışıqları əvvəlcədən açıqlanmamışdı.

Davos Forumu yanvarın 24-də başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?