Modern.az

Quba-Xınalıq yolu bağlanıb

Quba-Xınalıq yolu bağlanıb

Aktual

18 Aprel 2025, 12:18

Quba-Xınalıq yolu bağlanıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, güclü qar yağması səbəbindən 35-36-cı kilometrdən başlayaraq yolda hərəkət məhdudlaşıb. Eyni zamanda yola müxtəlif yerlərdə qaya və daş parçaları tökülüb.

5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması istiqamətində tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə