Modern.az

Skuterlə aktrisanı vuran şəxs saxlanıldı

Skuterlə aktrisanı vuran şəxs saxlanıldı

Aktual

15 İyun 2025, 09:42

İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuterlə vuran şəxs müəyyən edilib.

DİN Mətbuat Xidmətinin əməkdaşı E.İbrahimov Modern.az-a bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini R.Abdullayev saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə