Modern.az

Narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı

Narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı

17 İyun 2025, 13:48

Qaraçuxur qəsəbəsində narkokuryerlikdə şübhəli bilinən şəxsdən 3 kq marixuana aşkarlanıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.

T.Ələkbərov narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə