Modern.az

Bu həftə 4 gün iş olmayacaq

Bu həftə 4 gün iş olmayacaq

Aktual

23 İyun 2025, 15:12

Bu həftədən etibarən 4 günlük tətil başlayır.

Modern.az xəbər verir ki, Baş nazirin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün verdiyi Qərarla 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu.

Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə