Modern.az

Dövlət Komissiyasının işçilərinin və maşınlarının sayı ARTIRILDI

Dövlət Komissiyasının işçilərinin və maşınlarının sayı ARTIRILDI

30 İyun 2025, 17:40

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Dövlət Komissiyasının İşçi qrupunda 1 yox, 5 xidməti avtonəqliyyat vasitəsi fəaliyyət göstərəcək.

Həmçinin, İşçi qrupda 6 Baş məsləhətçi (bundan əvvəl 2) və 7 Böyük məsləhətçi (bundan əvvəl 4) çalışacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat