Modern.az

Mingəçevirdə hərbçinin meyiti TAPILDI

Mingəçevirdə hərbçinin meyiti TAPILDI

Hadisə

8 Mart 2026, 14:01

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində yerləşən binalardan birinin mənzilində baş verib. Əslən Naxçıvandan olduğu bildirilən və şəhərdəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) gənc hərbçinin meyiti kirayədə yaşadığı mənzildə aşkar edilib.

Məlumata görə, meyit binanın 4-cü mərtəbəsində yerləşən mənzildə tapılıb. İlkin baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.

Meyitin kimə məxsus olduğu və ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır. 

Sizə yeni x var
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?