Modern.az

"WhatsApp"da yeni funksiya sınaqdan keçirilir

"WhatsApp"da yeni funksiya sınaqdan keçirilir

Aktual

25 İyul 2025, 09:46

"WhatsApp" istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.

Modern.az xəbər verir ki, yenilik barədə "WABetaInfo"portalı məlumat verib.

Bu yenilik mesajları tez-tez oxuyan, cavab verməyi təxirə salan və yaxud onları yaddan çıxaran istifadəçilərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Məlumata görə, xatırlatma funksiyasını işə salmaq üçün mesajın üzərinə bir müddət basmaq lazım olacaq, bundan sonra menyuda "Mənə xatırlat" seçimi görünəcək.

İstifadəçilər əvvəlcədən təyin edilmiş vaxt intervallarından birini seçərək 2, 8 və ya 24 saatlıq xatırlatma intervalını tənzimləyə biləcəklər. Funksiya aktivləşəndən sonra mesajın kənarında kiçik zəng işarəsi görünəcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat