Modern.az

Novxanı yolunda qəza - Ölən və xəsarət alan var

Novxanı yolunda qəza - Ölən və xəsarət alan var

29 İyul 2025, 13:00

İyulun 29-da saat 00:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən Modern.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü şəxsə (kişi cinsli) qapalı kəllə-beyin travması, başın əzilmiş yarası, sağ bazu sümüyünün sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Aqonal vəziyyət, ağır dərəcə travmatik və hemorragik şok diaqnozları təyin edilən 1992-ci il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 01:00 radələrində ölüm faktı qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat