Modern.az

Piyadanı vurub öldürən sürücü həbs edildi

Piyadanı vurub öldürən sürücü həbs edildi

Aktual

1 Avqust 2025, 12:53

Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan Modern.az-a bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mercedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.

Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat