Modern.az

Qubadakı yanğını törədənlər - ADLAR

Qubadakı yanğını törədənlər - ADLAR

Aktual

4 Avqust 2025, 20:17

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

 

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

 

Saxlanılan şəxslərdən B.Mehrəliyev barəsində həbs, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat