Modern.az

Xanım hakimin fəaliyyətinə xitam verildi

Xanım hakimin fəaliyyətinə xitam verildi

Aktual

11 Avqust 2025, 20:15

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu qərar hakimin öz müraciəti əsasında qəbul olunub.

 

A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.

 

Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı