Modern.az

Daha bir rayonda ehsan QADAĞASI

Daha bir rayonda ehsan QADAĞASI

Aktual

2 Sentyabr 2025, 10:11

Qusarda yas mərasimlərində ehsan verilməsi ləğv edilib.

Modern.az xəbər verir ki, qərarı şəhər ağsaqqalları, ictimai xadimlər qəbul ediblər.

Bildirilir ki, qərarın qəbul edilməsindən məqsəd israfçılığın aradan qaldırılmasıdır.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları, Mingəçevir şəhəri və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?