Modern.az

Qatarlararası intervallar azaldılacaq

Qatarlararası intervallar azaldılacaq

Aktual

11 Sentyabr 2025, 12:12

Bakı metropolitenində yeni tədris dövründə tətbiq ediləcək minimal intervallar hərəkətin təşkili baxımından mümkün texniki imkanların ən optimal həddi olacaq.

Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. 

Məlumata əsasən, bununla bağlı bir sıra yeniliklərin tətbiq edilməsi gözlənilir:

"Qeyd edilənlərlə yanaşı qeyri-pik saatlarda ehtiyat qatarların xətlərə buraxılması, digər texniki mühəndis qurğuların işində və stansiyalarda müvafiq tənzimləmələr həyata keçiriləcək. Yeni tədris mövsümündə payız-qış qrafiki tətbiq ediləcək və bununla da pik saatlarda qatarlararası intervallar azaldılacaq. Yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, hazırda Bakı metrosunda yay rejimi tətbiq edilir. Yay rejimində səhərdən axşama qədər vahid interval, yəni 2 dəqiqədən çox interval tətbiq olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat