Modern.az

Həbs olunmuş şəxsin gizlətdiyi 8 qumbara tapıldı - FOTO

Həbs olunmuş şəxsin gizlətdiyi 8 qumbara tapıldı - FOTO

Aktual

11 Sentyabr 2025, 12:50

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat