Modern.az

Maliyyə Nazirliyi yoxlamaları nə məqsədlə aparır? - AÇIQLAMA

Maliyyə Nazirliyi yoxlamaları nə məqsədlə aparır? - AÇIQLAMA

Aktual

12 Sentyabr 2025, 10:46

“Son günlər Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur”. 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yoxlamalarla bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, həyata keçirilən nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə aparılır, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir. 

“Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur”,- nazirlikdən bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir