Modern.az

Yük maşınından oğurluq edən şəxs saxlanıldı

Yük maşınından oğurluq edən şəxs saxlanıldı

Aktual

16 Sentyabr 2025, 14:10

Nəsimi rayonunda şirkətlərdən birinə məxsus olan yük avtomobilindən oğurluq olub.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 3200 manat dəyərində müxtəlif markalı istehlak mallarının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı M.Səfərov müəyyən edilərək saxlanılıb.

Rayon ərazisindəki kafelərin birindən isə paytaxt sakininə məxsus içərisində 300 manat və sənədlər olan çantanı talamaqda şübhəli bilinən 50 yaşlı K.Şükürov da polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi