Modern.az

Bakıda mağazadan oğurluq

Bakıda mağazadan oğurluq

Aktual

18 Sentyabr 2025, 11:48

Bakıda mağazadan oğurluq olub.

Modern.az-ın xəbərinə görə, Nəsimi rayonunda yerləşən mağazaların birindən dəyəri 1900 manat olan "notebook" oğurlanıb. Hadisə barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 19 yaşlı E.Ramazanov müəyyən edilərək saxlanılıb.

Nizami rayonunda isə bir nəfərin içərisində 425 manat olan pul kisəsi və mobil telefonunu talamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cəfərli də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi