Modern.az

Rusiyanın üç “müttəfiqi” var

Rusiyanın üç “müttəfiqi” var

Dünya

18 Sentyabr 2025, 13:24

Rusiyanın maliyyə naziri Anton Siluanov Moskva Maliyyə Forumunda çıxış edən zaman ölkənin əsas “müttəfiqlərini” sadalayıb.

Modern.az-ın məlumatına görə, nazir deyib ki, Rusiyanın müttəfiqləri ordu, donanma və maliyyə sabitliyidir.

Siluanovun sözlərinə görə, maliyyə sabitliyiüçün büdcənin müxtəlif məhdudiyyətlərdənasılılığını azaltmaq lazımdır. O, xüsusilə büdcənin neft-qaz gəlirlərindən asılılığının azaldılmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, maliyyə sabitliyi iqtisadi artımın və əhalinin rifahının əsas dayağıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda rus əsgərlərə görə QARŞIDURMA - Saxlanılanlar var!