Modern.az

Bişkekdə TDT hökumət başçılarının görüşü keçirilir

Bişkekdə TDT hökumət başçılarının görüşü keçirilir

Aktual

18 Sentyabr 2025, 14:06

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşü keçirilir.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

Tədbirdən əvvəl Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev nümayəndə heyətlərinin başçılarını qarşılayıb.

Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov, eləcə də TDT-nin Baş katibi Kubaniçbek Omuraliyev iştirak edirlər.

Görüş zamanı TDT çərçivəsində əməkdaşlıq məsələləri, prioritet istiqamətlər üzrə – iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, rəqəmsallaşma, energetika, kənd təsərrüfatı və digər sahələrdə müzakirə olunacaq.

Eyni zamanda, qəbul edilmiş qərarların icrası və TDT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məsələləri də gündəmdə olacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi