Modern.az

Paşinyan bu gün önəmli qərarlar verəcək

Paşinyan bu gün önəmli qərarlar verəcək

Aktual

20 Sentyabr 2025, 09:21

Bu gün İrəvandakı Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində hakim “Vətəndaş müqaviləsi” Partiyasının VII Qurultayı keçiriləcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qurultayda partiya yeni idarə heyətini seçəcək.

Baş nazir, “Vətəndaş müqaviləsi”nin sədri Nikol Paşinyanın partiyanın İdarə Heyətində kimi saxlayacağı və kimləri xaric edəcəyi hələ də qaranlıq qalır.

Qurultayda Paşinyanın parlament seçkilərində kimin namizəd olacağına da aydınlıq gətiriləcəyi ilə bağlı xəbərlər yayılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?