Modern.az

Alex de Souzaın yeni komandası bəlli olub

Alex de Souzaın yeni komandası bəlli olub

İdman

22 Fevral 2026, 00:49

“Fənərbağça”nın əfsanəvi futbolçularından olan 48 yaşlı Alex de Souza Braziliyanın Serie B təmsilçisi Athletic Clubun baş məşqçisi təyin edilib.

Modern.az xəbər verir ki, Aleksin köməkçiləri Joao Paulo Cavalcanti və Jose Roberto Lucini olacaq.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Aleks daha əvvəl “Sao Paulo”nun U-20 komandasında, həmçinin “Avai”, “Antalyaspor” və “Operario-PR” klublarında çalışıb.

Klub rəhbərliyi yeni baş məşqçiyə və onun heyətinə uğurlar arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır