İlin ikinci Günəş tutulması başa çatıb.
Modern.az xəbər verir ki, bu, qismən tutulma olub.
Təbiət hadisəsi sentyabrın 21-i saat 21:29-da başlayıb. Günəş tutulması sentyabrın 22-si saat 01:53-də sona çatıb. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olub.
Günəş tutulması Sakit okean, Yeni Zelandiya və Antarktidada görünüb, Azərbaycan ərazisində müşahidə olunmayıb.
21:30
***
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Modern.az-a verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.