Modern.az

Sabah 2500-dən çox abonentin qazı kəsiləcək

Sabah 2500-dən çox abonentin qazı kəsiləcək

Aktual

22 Sentyabr 2025, 17:19

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Modern.az xəbər verir ki, fasilə diametri 315 mm-lik PE "Qaralar kənd" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində ( 2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?