Modern.az

QHT-lər üçün daha bir müsabiqə - Agentlik və Fondun birgə ELANI

QHT-lər üçün daha bir müsabiqə - Agentlik və Fondun birgə ELANI

Aktual

22 Sentyabr 2025, 17:56

Yaxın günlərdə ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən QHT-lər üçün birgə müsabiqə elan ediləcək.

Müsabiqənin əsas tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edəcək.

Modern.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, deyib ki, müsabiqədə spesifik istiqamətdə - minadan zərərçəkən minatəmizləyənlərin mina və PHS (partlamamış hərbi sursatlar) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb edilməsinə dair layihələr qəbul ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə