Modern.az

Azərbaycanla İran arasında təhlükəsizlik məsələləri müzakirə olundu

Azərbaycanla İran arasında təhlükəsizlik məsələləri müzakirə olundu

Aktual

23 Sentyabr 2025, 10:49

İranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.

Nazirlər Kabinetindən Modern.az-a bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvaya zərbə vurulur - Rusiya paytaxtında PARTLAYIŞ SƏSLƏRİ