Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın ofisi baş nazir Nikol Paşinyanın üç keçmiş dövlət başçısını debata dəvət etmək təklifinə münasibət bildirib.
Moern.az-ın məlumatına görə, Serj Sarkisyanın ofisi Paşinyana məşhurların aforizmi ilə cavab verib:
“Günün ipucu axmaqların və ya əlverişli vaxtda özünü axmaq kimi göstərənlərin psixologiyası ilə bağlıdır”.
"Heç vaxt axmaqlarla mübahisə etmə, onlar səni öz səviyyələrinə sürükləyəcəklər, orada heç qalib gəlmək şansın yoxdur" (Mark Tven)
"Yalnız iki şey sonsuzdur: kainat və insan axmaqlığı. Amma birincisinə o qədər də əmin deyiləm" (Albert Eynşteyn).
Xatırladaq ki, Nikol Paşinyan sosial şəbəkədə eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı Ermənistanı müharibəyə sürükləməkdə ittiham edərək, onları depata çağırıb:
“...debatlara gələcəksiniz, ya yox? İstəsəniz, Ktriçi, Samonu, Gevorku və Vazgeni də gətirin. Debatları mənim keçmiş kameramda – “Yerevan–Mərkəz” istintaq təcridxanasında təşkil edə bilərik, sizin üçün rahat olsun deyə”.