Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan rayon İcra Hakimiyyətinin başçısıRüstəm Xəlilov şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin binasında səyyar görüş keçirib.
Modern.az xəbər verir ki, qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, kanalizasiya sisteminin yenidən qurulması və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.