Ukrayna ABŞ prezidenti Donald Trampı Rusiya ilə müharibəni dayandıra bilsə, Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.
"Trampın bu müharibəni bitirmək şansı var və o, bunu edə bilsə, mən tam əminəm ki, bütün ukraynalılar onun namizədliyini məmnuniyyətlə müdafiə edəcək", - Ukrayna prezidenti Trampla danışdıqdan sonra bildirib.
Trampın özü “Kiyev onun namizədliyini irəli sürə bilərmi” sualına “Niyə də olmasın?” deyə cavab verib.