Modern.az

Azercell qanvermə aksiyası keçirib - FOTOLAR

Azercell qanvermə aksiyası keçirib - FOTOLAR

Aktual

24 Sentyabr 2025, 12:30

Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib.

Modern.az xəbər verir ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, “Azercell Telekom” MMC xeyiryyəçi təşəbbüslərə dəstəyini davam etdirir. Sentyabrın 23-də şirkətin baş ofisində “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində növbəti qanvermə aksiyası təşkil olunub.

Aksiyanın məqsədi talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatlarının artırılmasına və onların müalicəsinə dəstək göstərməkdir.

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı və Mərkəzi Qan Bankının ixtisaslı həkimlərinin iştirakı ilə keçirilən aksiyada Azercell-in çoxsaylı əməkdaşları könüllü olaraq qan veriblər. Toplanan qan ehtiyacı olan uşaqların müalicəsinə yönəldiləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində