Modern.az

Laçında İşçi qrupunun iclası keçirilib

Laçında İşçi qrupunun iclası keçirilib

Aktual

24 Sentyabr 2025, 13:26

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll olunması üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası təşkil edilib.

Modern.az xəbər verir ki, cari ilin beşinci iclasına sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin qorunması məqsədilə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud qorunan ərazilərin fəaliyyətinin bərpası müzakirə edilir.

Həmçinin təhlükəsiz bərk tullantıların idarəolunması ilə bağlı görülmüş işlər və zərərsizləşdimə aparılan poliqon sahələri, azad edilmiş ərazilərdə yerin təkindən istifadənin tənzimlənməsində qarşıya çıxan problemlər və onların həlli yolları nəzərdən keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində