Modern.az

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Aktual

24 Sentyabr 2025, 14:34

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddəti uzadılıb.

Modern.az xəbər verir ki, onun barəsində 30 dekabr 2025-ci il tarixinədək həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən ay Moskvanın Basmannı Məhkəməsi  “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.

Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib. 

Sizə yeni x var
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır