Modern.az

E-Polis mobil tətbiqində yenilik

E-Polis mobil tətbiqində yenilik

Aktual

25 Sentyabr 2025, 16:27

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir.Yeni tətbiq edilən “push” bildirişləri sayəsində E-polis istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar olunacaqlar.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bu bildirişlər şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur. 
Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başa çatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir. Bu isə hər birimizə sənədlərimizi vaxtında yeniləməyə, əlavə vaxt itkisi ilə üzləşməməyə və inzibati məsuliyyət riskindən yayınmaq imkanı yaradır.

Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıq müddətini özü izləməli idisə, indi bu işi sistem avtomatik olaraq özü görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir.

E-polis tətbiqinin daima yenilənən funksiyaları və rəqəmsallaşan üsdünlüklərindən faydalanmağa tələsin",-məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir