Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) prezidenti Burhan Özdemirlə görüşüb.
Modern.az xəbər verir ki, görüş hər iki tərəfin ABŞ-a səfəri çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycanda və Türk Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrdə əməkdaşlığın artırılması istiqamətində fikir mübadilələri aparıblar.
Tərəflər arasında baş tutan danışıqlar Azərbaycanla Türkiyə biznes dairələrinin iqtisadi əməkdaşlığını daha da dərinləşdirməklə yanaşı, Türk dövlətləri arasında inteqrasiyanın güclənməsinə də töhfə verməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, KOBİA Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. 2018-ci ildə nizamnaməsi təsdiqlənmiş Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, sahibkarlıq subyektlərinə institusional xidmətlər göstərən publik hüquqi şəxsdir. KOBİA-nın məqsədi KOB-ların maliyyə resurslarına çıxışını asanlaşdırmaq, rəqabət qabiliyyətini artırmaq və regionlarda sahibkarlıq mühitini daha əlverişli etməkdir.
1990-cı ildə təsis olunan, 85 ölkədə 60 000 şirkəti birləşdirən MÜSİAD isə yeni imkanların, güclü iqtisadi əməkdaşlığın qurulmasına xidmət edən global sərmayə platformasıdır.