Modern.az

Həmin uşaqları təhsilə cəlb etməyi tam əhatə edə bilməmişik - DEPUTAT

Həmin uşaqları təhsilə cəlb etməyi tam əhatə edə bilməmişik - DEPUTAT

Parlament

26 Sentyabr 2025, 13:28

Dünyada hər 39 uşaqdan biri fiziki məhdudiyyətli doğulur. Bu göstəricilər getdikcə Azərbaycanda da özünü göstərir. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, bir neçə il bundan əvvəl verilən statistikaya əsasən Azərbaycanda 60-70 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var.

"Onlardan yalnız 12 mini təhsilə cəlb olunub. 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır.

Biz sağlamlığı məhdud uşaqların təhsilə cəlb olunmasını tam əhatə edə bilməmişik. Bu istiqamətdə xüsusi ilə bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı ciddi problemlər yaşanır. Bu baxımdan inkulizv təhsil haqqında Bakı ilə yanaşı digər rayonlarda da tətbiqini düşünməliyik" - deyə deputat bildirib. 

Ceyhun Məmmədov, həmçinin bildirib ki, bütün sənədlərdə əlillik ifadəsi sağlamlıq imkanları məhdud ifadəsi ilə əvəz olunmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur