Modern.az

Daha bir marşrut üzrə avtobuslar yenilənir

Daha bir marşrut üzrə avtobuslar yenilənir

Aktual

27 Dekabr 2025, 12:43

Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun “Koroğlu” və “Ulduz” stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda ödəniş nağdsız aparılacaq. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək